Genişformatlı çap

  • Çap

img09Genişformatlı çap müasir reklam və tərtibat fəaliyyətinin ayrılmaz hissəsidir.

Böyük ölçülü və əlvan təsvir böyük sayda insanların diqqətini cəlb edir, çünki böyük təsvir hətta uzaq məsafədən yaxşı görünür. Böyük ölçülü təsvirlər daha güclü təsir bağışlayır, və deməli, daha yaxşı yadda qalırlar.

Şirkətimiz Epson və HP kimi istehsalçıların genişformatlı printerlərinə malikdir.

Biz binaxarici (küçə) və binanın içərisində istifadə edilən tərtibat və reklam təyinatlı genişformatlı interyer və eksteryer çap məhsullarını təklif edirik.

Biz genişformatlı rəqəmsal çap sahəsində istənilən ehtiyacları təmin etməyə qadir olan printerlərə malikik.

 

Epson texnologiyaları

img07Hal-hazırda çap edilmiş təsvirin keyfiyyətinə çox yüksək diqqət yetirilir. Bu, xüsusilə o sahələrə aiddir ki, onlarda rənglərin dəqiq çatdırılması və yüksək detallaşdırması tələb olunur – bunlar şəkillərin kompleks çapı və yüksək keyfiyyətli bədii çapdır.

Bizim sərəncamımızda olan Epson markalı genişformatlı printer, rəqəmsal çap sahəsində olan müasir nailiyyətlər nəticəsində, ən nəfis yaradıcılıq fikirlərini reallaşdırmağa imkan verir.

img011Rənglərin yüksək sabitliyi və dəqiq çatdırılması Epson UltraChrome K3 Vivid Magenta mürəkkəblərinin istifadə olunması ilə təmin edilir, bu da bədii fotosərgilər, təqdimatlar, reklam kampaniyaları üçün ideal yarayan uzunömürlü və parlaq çap məhsulları yaratmağa imkan verir.

Mürəkkəblər solmaya qarşı yüksək davamlılığa malikdir (200 ilə qədər!!!). Demək olar ki, şəkillərdə “solmuş rənglər” ifadəsi keçmişdə qalıb!

Mürəkkəb damcısının yaxşılaşdırılmış xarakteristikaları sayəsində çap olunan təsvirin aydınlığı təmin olunur. Yeni çap başlığı yumru formalı mükəmməl mürəkkəb damcılarını formalaşdırır, bu isə yüksək keyfiyyətli təsvirin alınmasına şərait yaradır.

img010Üç neytral rəng tonların mükəmməl qradasiyası və boz rəngin çalarlarının yaxşılaşdırılmış balansı əla ağ-qara təsvirlər yaratmağa imkan verir. Qara mürəkkəblərin bu kombinasiyası bronzlaşmanın qarşısını alır və işıqlı və tünd sahələrdə daşıyıcının səthinin bərabər çap olunmasını təmin edir. Həmçinin metameriya azalır, bunun sayəsində boz rəngin çalarları istənilən işıqlanmada eyni görünür.

Epson LUT texnologiyası zəmanət verir ki, hər nöqtə səkkizrəngli mürəkkəb sisteminin unikal kombinasiyası vasitəsilə yaradılır. Rənglərin nisbəti hər nöqtə üçün ayrıca hesablanır.

Mürəkkəblərin optimallaşdırılmış bölünməsi surətin orijinala maksimal dərəcədə uyğunluğunu təmin edir. Nəticədə çox gözəl və təbii fotoşəkillər alınır.

 

Hewlett-Packard texnologiyaları

img08Texnologiyaların çox sürətli inkişafı tək emal məsələlərinin tərəqqisini təmin etmir, həmçinin zərərsizlik problemlərini də həll edir. Bunun parlaq nümunəsi Hewlett-Packard korporasiyasının yeni lateks çapı texnologiyasıdır. Bu texnologiyanın əsas üstünlükləri bunlardır:

  • Zərərsizlik.
    Çap edilmiş material zəhərli deyil, qoxuya malik deyil, restoranlar və mehmanxanalar üçün mükəmməl yarayır, məktəblərdə və uşaqlar olan digər məkanlarda istifadəsinə icazə verilmişdir.
  • Təsvirin yüksək keyfiyyəti.
    Yüksək ayırdetmə dəqiqliyi və mürəkkəblərin xüsusiyyətləri sayəsində təsvir görünən nöqtələrsiz və hamar alınır.
  • Təsvirin parlaqlığı, dolğunluğu və reallığı.
    img012Təsvir yaxşı işıq əksetdirmə xüsusiyyətlərinə malik olan xüsusi plyonkada ifa olunur, bunun hesabına onun parlaqlığı və dolğunluğu effekti əldə edilir.
  • Solmaya qarşı davamlılıq.
    Çap edilmiş təsvir gün işığı kimi fiziki təsirlərə qarşı möhkəmdir. Küçə şəraitində lateks təsvirlərin istismar müddəti – laminasiyasız 3 il, laminasiya ilə 5 ildir.
  • Rütubətə və fiziki köhnəlməyə qarşı davamlılıq.
    Öz kimyəvi xassələri sayəsində təsvir suyun təsiri altında yayılmır və hər zaman aydın və parlaq qalır. Təsvir materialın səthi ilə kip birləşir və sürtünməyə qarşı möhkəmdir.
  • Çap materiallarının geniş spektri.
    Vinil, bannerlər, özüyapışan kağız, parçalar, qalın kətanlar, adi rulon kağızı və s. üzərində çap.

 img014

Lateks çapının əsas tətbiqi:

  • Ticarət nöqtələri üçün plakatlar.
  • Vitrin tərtibatı.
  • Laytbokslar.
  • Xarici (küçə) bannerlər.
  • Avtomobil nəqliyyatı üçün qrafika.
  • İnteryer dizaynı.
  • Özüyapışan nişanlar.
  • Şüşə yapışdırmaları.
  • və başqaları