Hazır orijinal-maketlərə tələblər

  • Çap

reqsQəbul edilən faylların formatları

Hazır maketlər və yerləşdirmə (vyorstka) proqram paketlərinin aşağıdakı fayl formatlarında qəbul edilir:

  • Adobe Acrobat (*.pdf)
  • Adobe Illustrator (*.ai, *.eps)
  • Corel DRAW (*.cdr)
  • (qatlarsız) (*.tif) Tiff-i

 

Ölçülər və əlavə doldurmalar

  • Orijinal-maketin səhifələrinin ölçüləri məmulatın qırağı kəsik ölçüsünə dəqiq uyğun olmalıdır.
  • Kəsilən məmulatların orijinal-maketlərində aydın göstərilmiş kontur olmalıdır.
  • Yönəldici xətlər qırağı kəsilən formatın göstəricisi deyillər.
  • Səhifədə yerləşdirilmiş maket əlavə doldurmalara (bleed) malik olmalıdır - qırağı kəsilən format üçün obyektlərin, şəkillərin və fonların davamı.
  • Vərəq məmulatlarında və məmulatların sıxma ilə bağlanması vaxtı əlavə dldurmalar ən azı 3 millimetr, yapışqanla bağlanma və kəsilmə vaxtı 5 millimetr təşkil etməlidir.
  • Maketin bütün əhəmiyyətli informativ elementləri (mətn, tərtibatın qrafik elementləri, fotoşəkillər), əgər onlar kəsilməyə getmirsə, bir dizaynın elementləri kimi kəsilmə xəttindən ən azı 3-5 millimetr aralı yerləşməlidir.

 

Rəng

Bütün tamrəngli təsvirlər CMYK rəng palitrasında, ağ-qara — Grayscale palitrasında yerinə yetirilmiş olmalıdır. Pantone Process Systems və Pantone Matching Systems palitralarına aid rənglərinin tətbiqi mətbəəmizin əməkdaşları ilə məsləhətləşmədən sonra mümkündür.

  • İstehsala SMYK-dan fərqli (xüsusilə, RGB və Custom palitralarından istifadə olunan) nəşrlər istehsala qəbul edilmir.
  • Qara rəngli böyük təsvirlərdə qarışıq tərkibli qara rəngdən istifadə edin: C60/M60/Y40/K100.
  • Fayla çap vaxtı istifadə olunmayacaq rənglər daxil olmamalıdır.
  • Rəngin (C+M+Y+K) ümumi sıxlığı təbahşirlənməmiş kağızda 280%, təbahşirlənmiş kağızda 340%-dən artıq olmamalıdır.

 

Texnologiya tələbləri

  • Atributlarının maketlərində Overprint-dən istifadə olunmamalıdır. Sifarişçi bu haqda orijinal-maketin təhvili zamanı mətbəə menecerini xəbərdar etməidir.
  • Nəşr olunacaq faylda 0.25 pt-dən (0,1mm) nazik xətlərdən və ya Hairline-dən istifadə etməyin. 0.5 pt-a qədər xətləri və qara mətni bir rəngli edin.
  • Xəttin minimal qalınlığı və 2 rəngdə artıq ifa olunan çevrilmə şriftinin ölçüsü mətbəəmizin texnoloqu və ya ÇƏH (çapdan əvvəl hazırlıq) əməkdaşlarıyla razılaşdırılır.
  • Fraqmentar lakından istifadə vaxtı, konqreva, möhürləmələr texnologiya tələblərini mütləq dəqiqləşdirin.

 

Raster qrafikası

Nəşrə yerləşdirilmiş və ya nəşrlə bağlı təqdim edilmiş raster qrafikası aşağıdakı şərtlərə cavab verməlidir:

  • Tiff CMYK (tamrəngli çap): Tiff Grayscale (qeyri-tamrəngli çap); Tiff bitmap (qeyri-tamrəngli çap).
  • Nəşrdə OLE-obyekt kimi təqdim edilmiş qrafikanı yerləşdirməyin.
  • Nəşrdə 400 dpi-dən artıq icazəli raster qrafikasından istifadə etməyin.

 

Şriftlər

Nəşrdə istifadə edilmiş bütün şriftlər vektor qrafikası kimi təqdim edilmiş olmalıdır (əyrilərə çevrilməlidir). Böyük həcmli mətnlərin yerləşdirməsi vaxtı şriftlər nəşr faylına əlavə edilməlidir.

Bir neçə rəngdən ibarət olan təsvirlərdə 6 pt-dən kiçik “çevrilmə” şriftlərdən çəkinin.

Yalnız o şriftləri gətirin, hansılar ki, Sizin nəşrinizin hazırlıanması vaxtı istifadə edilmişdir.

Yerləşdirmə vaxtı sistem şriftlərindən istifadə etməyin (Windows qurulması prosesində sistemə daxil olunan şriftlər).

 

Maketlərdə istifadə edilən effektlər və plaqinlər

Qrafik dizayn üçün müasir proqramlar maketlərin yaradılması üçün geniş imkanlar yaradır. Proqram məhsuluna daxil vasitələrin bütün arsenalından istifadə etməməyə çalışın. Harada bu mümkündür, daha sadə vasitələrlə və alətlərlə keçinməyə çalışın. Həddindən artıq mürəkkəb nəşr adətən rəngayırma vaxtı problemlərə səbəb olur.

Corel Draw və Adobe Illustrator paketlərində hazırlanmış nəşrdə Power Clip effektinin mövcudluğuna yol verilir.

Bütün qalan effektlər SMYK-bitmap 300 dpi-yə konvertə edilməlidir.

 

Başqa tələblər və arzular

  • Faylların adlarında yalnız latın hərflərindən istifadə etmək lazımdır.
  • Faylda və son məmulatda səhifələrin sırası eyni olmalıdır.
  • Qrafik paketlər arasında faylları mümkün qədər az ixrac etməyə çalışın.

Maketin və ya nəşrin çap üçün hazırlığı ÇƏH bölməsinin əməkdaşları tərəfindən sifarişin qəbulu vaxtı təyin edilir.

Yuxarıda göstərilən tələblərə riayət edilməməsi və ya sifarişçinin maketi tamamlamaqdan imtina etməsi halında mətbəə hazır poliqrafiya məhsulunun keyfiyyəti üçün məsuliyyət daşımır və sifariş işə qəbul edilməyə bilər.