Vərəqələr

img07Vərəqələr reklam məhsullarının ən sadə və az xərc tələb edən növlərindən biridir.

Vərəqələr müxtəlif təqdimetmə mərasimlərinin, hərracların, şəhərin küçələrində reklam aksiyalarının keçirilməsi zamanı olduqca əlverişli və öz təsirinə görə çox effektivdir.

Vərəqədə minimum informasiya mövcuddur - bu adətən şirkətin loqotipi, istehlakçının nəzərinə çatdırılmalı olan qrafik və mətni informasiya, həmçinin əlaqə informasiyasıdır. Mətbəə üsulu ilə hazırlanmış vərəqələrin üstünlükləri göz qabağındadır: çap məhsullarının bu növü müxtəlif mexaniki zədələnmələrə, atmosfer təsirinə qarşı davamlıdır və otaqlarda və onlardan kənarda keçirilən reklam kampaniyalarında istifadə edilə bilər.