Bukletlər

  • Çap

img05Mətbəəmiz çap məhsullarının digər növləri ilə yanaşı tamrəngli bukletlər də hazırlayır. Reklam poliqrafiyasının bir növü kimi bukletlər kitabçalar və vərəqələr arasında orta mövqe tutur. Kitabça kimi ətraflı məlumata malik olmayan buklet daha yığcamdır və eyni zamanda adi reklam vərəqəsindən daha görkəmli və daha artıq məlumata malikdir. Bundan əlavə, bukletdə məlumatın təqdim edilməsi üsulları struktur baxımından daha mükəmməldir, informasiya daha yaxşı qavranılır.

Bukletlərin istehsal dəyəri kitabçaların istehsal dəyərindən xeyli aşağıdır və vərəqələrin istehsal dəyərindən az fərqlənir. Bu, çoxsaylı çap məhsulları arasında bukletlərə üstünlük verilməsinin xeyrinə olan əlavə amildir. Bizim firma Sizin üçün 1 nüsxəlik tirajdan başlayaraq ən müxtəlif formatlı tamrəngli bukletlər hazırlayacaq.