Kitabça və jurnallar

  • Çap

img14Bizim firma kitabça və jurnalların çapı, onları çapdan sonrakı emalı ilə məşğuldur. Kitabça və kataloqlar çoxsəhifəli çap məhsullarının ən çox yayılmış növüdür. Kitabçalar böyük miqdarda çap informasiyasının yerləşdirilməsi, təqdimetmə və reklam məqsədləri ilə istifadə üçün olduqca əlverişlidir.

Kitabçaları çap edərkən kompanovkanın və materialın təqdim edilməsinin düzgünlüyünə nail olmaq olduqca əhəmiyyətlidir, kitabça üçün qeyri-standart format seçib (məsələn,20x20 sm) səhifələri üfqi yerləşdirməklə və ya balaca, cib variantını seçməklə güclü vizual effektə nail olmaq mümkündür.

Əla tərtib olunmuş və keyfiyyətli şəkildə çap olunmuş kitabça yeni müştəriləri cəlb edərək uzun müddət firmanızın imicinə işləyəcək. Bu gün bu cür çap məhsulları istənilən şirkətin uğurla fəaliyyət göstərməsinin zəruri elementidir. Bizim mətbəədə jurnal və kitabçalar çap edilərək çapdan sonra təkmilləşdirilir. Bizim mütəxəssislər ən uyğun məmulat tipini seçməkdə Sizə yardım etməyə və istehsalatın bütün məsələlərinə dair məsləhət verməyə hazırdır.