POLİQRAFİYA İŞLƏRİ

Şüşə üzərinə tutqun təsvirin çəkilməsi

img01Şüşənin tutqunlanması texnologiyası çoxdan məlumdur və bu gün həm dizayn və incəsənət sahəsində, həm də reklam fəaliyyətində çox aktual və tələb olunandır.

Üstünlüklər aşkardır, axı belə təsvir heç vaxt silinməyəcək, yuyulub silinməyəcək, solmayacaq. Bundan başqa, şüşədə tutqun təsvir həmişə xoş təəssürat yaradır və nəzəri özünə çəkir.

Tətbiqin mümkün variantları:

  • qədəhlərdə və krujkalarda şəkillər, yazılar və loqotiplər;
  • spirtli içkilər olan hədiyyəlik butulkalar üzərində yazılar;
  • kiçik güzgülərdə şəkillər;
  • şüşədən hazırlanmış xatirə əşyaları;
  • və bir çox başqa məmulatlar.

 img02

Hədiyyəlik promo-məhsullar

Heç bir biznes fəaliyyəti məhsulun hədiyyəlik promo-məhsullar olmadan keçinmir.

Üzərində Sizin loqotipiniz olan suvenir – istər qələm, istər brelok, nişan və ya başqa aksessuar şirkətinizi uzun müddət xatırladacaq.

Promo-suvenirlər hər cür reklam aksiyaları və bayram təbrikləri üçün, sərgilərdə, konfranslarda, seminarlar və başqa biznes-tədbirlərdə iştirak üçün lazımdır.

Biz Sizin loqotipiniz və başqa lazımlı məlumatlar daşıyan promo-məhsulların geniş spektrini təklif edirik.

Əsas çeşid:

  • img01Futbolkalar
  • Keramik krujkalar
  • Metal termokrujkalar
  • Pazllar
  • Breloklar
  • Qələmlər
  • Nişanlar
  • Beycik üçün qaytanlar
  • Divar saatları
  • Qol saatları
  • Futbol topları
  • Yolka kürəcikləri
  • Bloknotlar
  • Gündəliklər
  • Dəri qovluqlar
  • Kağız paketlər
  • Qələmdanlar
  • Maşınlar üçün aromatizatorlar
  • Əl üçün nəm salfetlər
  • Konfetlər
  • və bir çox başqa məmulat

Vinilin və başqa materialların konturla kəsilməsi

Bu gün reklam və tərtibat fəaliyyətinin spektri kifayət qədər müxtəlifdir və bu müxtəliflik vinil və s. özüyapışan materialların konturla kəsilməsinin müasir imkanları sayəsində əldə edilir.

Biz işimizdə istənilən dərəcədə mürəkkəb və yüksək dəqiqlikli kontur kəsilməsində sərəncamımızda olan Yaponiyanın GRAPHTE firmasının plotterindən istifadə edirik.

Konturla kəsilmənin tətbiqi sahəsi kifayət qədər genişdir – bu sahə vitrinlərin və lövhələrin tərtibatı üçün sadə hərflərdən başlayaraq mürəkkəb konturlu loqotiplərin və xırda yapışdırmalaradək olan diapazonu əhatə edir.

graphtec

Genişformatlı çap

img09Genişformatlı çap müasir reklam və tərtibat fəaliyyətinin ayrılmaz hissəsidir.

Böyük ölçülü və əlvan təsvir böyük sayda insanların diqqətini cəlb edir, çünki böyük təsvir hətta uzaq məsafədən yaxşı görünür. Böyük ölçülü təsvirlər daha güclü təsir bağışlayır, və deməli, daha yaxşı yadda qalırlar.

Şirkətimiz Epson və HP kimi istehsalçıların genişformatlı printerlərinə malikdir.

Biz binaxarici (küçə) və binanın içərisində istifadə edilən tərtibat və reklam təyinatlı genişformatlı interyer və eksteryer çap məhsullarını təklif edirik.

Biz genişformatlı rəqəmsal çap sahəsində istənilən ehtiyacları təmin etməyə qadir olan printerlərə malikik.

 

Epson texnologiyaları

img07Hal-hazırda çap edilmiş təsvirin keyfiyyətinə çox yüksək diqqət yetirilir. Bu, xüsusilə o sahələrə aiddir ki, onlarda rənglərin dəqiq çatdırılması və yüksək detallaşdırması tələb olunur – bunlar şəkillərin kompleks çapı və yüksək keyfiyyətli bədii çapdır.

Bizim sərəncamımızda olan Epson markalı genişformatlı printer, rəqəmsal çap sahəsində olan müasir nailiyyətlər nəticəsində, ən nəfis yaradıcılıq fikirlərini reallaşdırmağa imkan verir.

img011Rənglərin yüksək sabitliyi və dəqiq çatdırılması Epson UltraChrome K3 Vivid Magenta mürəkkəblərinin istifadə olunması ilə təmin edilir, bu da bədii fotosərgilər, təqdimatlar, reklam kampaniyaları üçün ideal yarayan uzunömürlü və parlaq çap məhsulları yaratmağa imkan verir.

Mürəkkəblər solmaya qarşı yüksək davamlılığa malikdir (200 ilə qədər!!!). Demək olar ki, şəkillərdə “solmuş rənglər” ifadəsi keçmişdə qalıb!

Mürəkkəb damcısının yaxşılaşdırılmış xarakteristikaları sayəsində çap olunan təsvirin aydınlığı təmin olunur. Yeni çap başlığı yumru formalı mükəmməl mürəkkəb damcılarını formalaşdırır, bu isə yüksək keyfiyyətli təsvirin alınmasına şərait yaradır.

img010Üç neytral rəng tonların mükəmməl qradasiyası və boz rəngin çalarlarının yaxşılaşdırılmış balansı əla ağ-qara təsvirlər yaratmağa imkan verir. Qara mürəkkəblərin bu kombinasiyası bronzlaşmanın qarşısını alır və işıqlı və tünd sahələrdə daşıyıcının səthinin bərabər çap olunmasını təmin edir. Həmçinin metameriya azalır, bunun sayəsində boz rəngin çalarları istənilən işıqlanmada eyni görünür.

Epson LUT texnologiyası zəmanət verir ki, hər nöqtə səkkizrəngli mürəkkəb sisteminin unikal kombinasiyası vasitəsilə yaradılır. Rənglərin nisbəti hər nöqtə üçün ayrıca hesablanır.

Mürəkkəblərin optimallaşdırılmış bölünməsi surətin orijinala maksimal dərəcədə uyğunluğunu təmin edir. Nəticədə çox gözəl və təbii fotoşəkillər alınır.

 

Hewlett-Packard texnologiyaları

img08Texnologiyaların çox sürətli inkişafı tək emal məsələlərinin tərəqqisini təmin etmir, həmçinin zərərsizlik problemlərini də həll edir. Bunun parlaq nümunəsi Hewlett-Packard korporasiyasının yeni lateks çapı texnologiyasıdır. Bu texnologiyanın əsas üstünlükləri bunlardır:

  • Zərərsizlik.
    Çap edilmiş material zəhərli deyil, qoxuya malik deyil, restoranlar və mehmanxanalar üçün mükəmməl yarayır, məktəblərdə və uşaqlar olan digər məkanlarda istifadəsinə icazə verilmişdir.
  • Təsvirin yüksək keyfiyyəti.
    Yüksək ayırdetmə dəqiqliyi və mürəkkəblərin xüsusiyyətləri sayəsində təsvir görünən nöqtələrsiz və hamar alınır.
  • Təsvirin parlaqlığı, dolğunluğu və reallığı.
    img012Təsvir yaxşı işıq əksetdirmə xüsusiyyətlərinə malik olan xüsusi plyonkada ifa olunur, bunun hesabına onun parlaqlığı və dolğunluğu effekti əldə edilir.
  • Solmaya qarşı davamlılıq.
    Çap edilmiş təsvir gün işığı kimi fiziki təsirlərə qarşı möhkəmdir. Küçə şəraitində lateks təsvirlərin istismar müddəti – laminasiyasız 3 il, laminasiya ilə 5 ildir.
  • Rütubətə və fiziki köhnəlməyə qarşı davamlılıq.
    Öz kimyəvi xassələri sayəsində təsvir suyun təsiri altında yayılmır və hər zaman aydın və parlaq qalır. Təsvir materialın səthi ilə kip birləşir və sürtünməyə qarşı möhkəmdir.
  • Çap materiallarının geniş spektri.
    Vinil, bannerlər, özüyapışan kağız, parçalar, qalın kətanlar, adi rulon kağızı və s. üzərində çap.

 img014

Lateks çapının əsas tətbiqi:

  • Ticarət nöqtələri üçün plakatlar.
  • Vitrin tərtibatı.
  • Laytbokslar.
  • Xarici (küçə) bannerlər.
  • Avtomobil nəqliyyatı üçün qrafika.
  • İnteryer dizaynı.
  • Özüyapışan nişanlar.
  • Şüşə yapışdırmaları.
  • və başqaları

Çoxtirajlı çap

Peşəkar ofset çapı

img01Biz çap maşınlarının istehsalı sahəsində dünyada lider olan Almaniyanın Heidelberger Druckmaschinen AG şirkətinin peşəkar avadanlığına malikik.

Bu avadanlıq bütün müasir tələblərə cavab verən yüksək keyfiyyətli ofset çap məhsullarını - jurnallar, bukletlər, flayerlər, vərəqələr və başqa növ informasiya və reklam məhsulunu istehsal etməyə imkan verir.

Bizim avadanlığımızda çap edilmiş məhsul fəaliyyətinizin istənilən sahəsində Sizin uğur qazanmanıza zəmanətdir.

Keyfiyyətlə çap edilmiş materiallar Sizin biznesdə etibarlılığınızın və reputasiyanızın təsdiqi olacaq.

 

Çapdan əvvəl və çapdan sonra istifadə olunan avadanlıq.

img02Bizim sexdə həmçinin aşağıdakı avadanlıqlar vardır:

  • blokların tikişsiz və yapışqanla birləşdirilməsi üçün peşəkar avadanlıq / Heidelberg, Almaniya;
  • kağızın dəqiq kəsilməsi üçün peşəkar bıçaq/ Heidelberg, Almaniya;
  • avtomatik numerasiya üçün aqreqat / Morgana, İngiltərə;
  • rəqəmli dublikator (rizoqraf) / Duplo, Yaponiya;
  • isti və soyuq laminasiya qurğuları;
  • və sair.

 

heidelberg     morgana    duplo

Əlaqə

Bizim ofis aşağıdakı ünvanında yerləşir:

AZ1014, Bakı, B.Səfəroğlu küç. 184

Tel.: +994 (12) 5985457, Fax: +994 (12) 4986889

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Necə getməli:

Şirkət haqqında

img01«NurArt» dinamik inkişaf edən şirkətdir, onun fəaliyyət profilinə aşağıdakılar daxildir:

  • operativ poliqrafiya (1 nüsxədən başlayan rəqəmsal çap);
  • çoxtirajlı çap (çapdan əvvəl və çapdan sonrakı işlər daxil olmaqla);
  • dizayn (loqotiplərin hazırlaması, firma üslubları və sair);
  • plastik kartların istehsalı;
  • genişformatlı çap;
  • vinil və başqa materialların konturla kəsilməsi;
  • möhür və ştampların istehsalı;
  • ştempel məhsulu;
  • promo-məhsul (futbolkalar, qələmlər, breloklar və bir çox başqa məhsullar);
  • şüşələrin tutqunlanması;
  • və başqa növ poliqrafiya xidmətləri;

Bizim şirkət 1997-ci ildən fəaliyyətdədir. Poliqrafiya xidmətlərinin geniş spektri mütəxəssislərimizin yaradıcılıq axtarışının və peşəkarlığının qanunauyğun nəticəsidir.

offset-equipment2Bu gün «NurArt» - tam silsiləi (layihədən tutmuş son məhsula qədər) poliqrafiya şirkətidir, məhsulumuz Avropa keyfiyyətinə uyğundur.

Şirkətimiz dünyada tanınmış istehsalçıların müasir ofset və rəqəmli çap avadanlığına malikdir, bunlar arasında Heidelberg (Almaniya), Morgana (İngiltərə), Duplo (Yaponiya), Epson, Konica Minolta, Hewlett-Packard, Graphtec, və başqaları vardır.

Formalı və çap proseslərində müstəsnz olaraq avadanlığın istehsalçıları tərəfindən məsləhət görülmüş orijinal sərf və texnologiya materialları tətbiq edilir.

Şirkətimizin müvəffəqiyyətli işinin ən əhəmiyyətli şərti idarəetmə, dizayn, çapdan əvvəlki hazırlıq, çap və çapdan sonrakı işlər sahəsində peşəkarların mövcudluğudur.

Bizimlə işləyərək, Siz poliqrafiya sahəsində etibarlı biznes- partnyorunu əldə edirsiniz, çünki bizim fəaliyyətimizin əhəmiyyətli meyarı bunlardır: işin keyfiyyəti, müştərilərə loyallıq, elastik qiymət siyasəti və sifarişlərin icrasının optimal müddətləri.

Kvartal və aylıq təqvimlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Bir sarımalı rüblük təqvimlər

img01
Bir sarımalı rüblük təqvim tamrəngli şapkadan və aşağı reklam sahəsindən ibarətdir. Şapkanın ölçüləri 297x210 mm, çap 4+0, 255 q/m2 ölçülü birtərəfli melli kartonu, "pikkolo" halqası. Təqvimin standart bloku kursor və altlığa malik olan 12 vərəqdən ibarətdir. Çap 3+0, 90 q/m2 ölçülü melli kağız. Sarıma - 1 ədəd Wire-O metal spiralı. Hazır təqvimin ölçüləri - 297x670 mm.

Ardını oxu...