POLİQRAFİYA İŞLƏRİ

GRM daterləri - Hummer P3 seriyası

grm-4724-hummer GRM 4724 Hummer

Gücləndirilmiş, yüngül korpuslu dater. Boksda (COMPACT).

Ölçü: 40х40 mm
grm-4726-p3-hummer  GRM 4726 P3 Dater Hummer

Gücləndirilmiş, yüngül korpuslu dater.

Ölçü: 75х38 mm
grm-4727-p3-hummer  GRM 4727 P3 Dater Hummer

Gücləndirilmiş, yüngül korpuslu dater.

Ölçü: 60х40 mm
grm-4729-p3-hummer  GRM 4729 P3 Dater Hummer

Gücləndirilmiş, yüngül korpuslu dater.

Ölçü: 50х30 mm

GRM Hummer daterləri - peşəkar seriya

grm-5430-hummer GRM 5430 Hummer (peşəkar seriya)

Möhkəm avtomatik təchizetmə. Yüngülləşdirilmiş plastik korpus.

Ölçü: 43х26 mm
grm-5440-hummer  GRM 5440 Hummer (peşəkar seriya)

Möhkəm avtomatik təchizetmə. Yüngülləşdirilmiş plastik korpus.

Ölçü: 47х32 mm
grm-5460-hummer  GRM 5460 Hummer (peşəkar seriya)

Möhkəm avtomatik təchizetmə. Yüngülləşdirilmiş plastik korpus.

Ölçü: 59х38 mm
grm-5480-hummer  GRM 5480 Hummer (peşəkar seriya)

Möhkəm avtomatik təchizetmə. Yüngülləşdirilmiş plastik korpus.

Ölçü: 69х50 mm

Plastik kartlar

img01Bu gün plastik kartlar gündəlik həyatımızın praktik olaraq ayrılmaz hissəsinə çevrilib. Plastik kartlar hər yerdə - şəxsi, işgüzar, həmçinin ticarət və reklam məqsədləri üçün istifadə olunur.

Plastik kartlardan bank, mühafizə, ticarət və başqa sahələrdə istifadə olunur.

Plastik kart maliyyə əməliyyatlarını tez və rahat aparmağa imkan verir. Kartlar vasitəsilə müxtəlif təşkilat və müəssisələrdə ziyarətçilərin sayına nəzarət edilir.

Plastik kartlardan ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün istifadə olunur. Həmçinin, plastik kartlar ticarət və xidmət sahəsində müştərilərin cəlb olunması və maraqda saxlanması üçün ən güclü alətdir - buna kart sahibinə təklif edilən endirimlər, bonuslar və başqa əlverişli şərtlərin təqdim olunması hesabına nail olunur.

Plastik kartların çapı üçün əldə etdiyimiz peşəkar avadanlıq məhsulumuzun ən yüksək keyfiyyətini təmin edir və, haqlı olaraq, plastik kartlar üzərində çap bazarında şirkətimizə liderlik mövqeyini qazandırmaqda davam edir.

 

Plastik kartların növləri

Diskont kartları

Diskont kartları yeni alıcıları cəlb etməyə və daimi müştərilərə malların və ya xidmətlərin alınması zamanı güzəştlər və endirimlər vasitəsilə həvəsləndirməyə imkan verən geniş yayılmış kart tipidir. Bir çox halda diskont kartları şəklində maqnit zolaq və ya cizgi-kod vurulmuş kartlar tətbiq edilir.

Reklam kartları

Plastik kartların reklam vasitəsi kimi istifadə olunması geniş yayılmışdır. Şirkətin loqotipi həkk olunmuş plastik kart üzərində çap olunan vizit kartları, firma təqvimləri təqdimat və sərgilərdə qeyri-standart hədiyyə ola ola bilər.

Klub kartları

Klub kartları müxtəlif klubların, restoran, barlar, diskotekalar, istirahət bazaları və s. obyektlərin daimi üzvlərini eyniləşdirməyə, eyni zamanda, kart sahiblərinə xidmət vaxtı güzəşt və ya endirimlərdən faydalanmağa imkan verir.

Bonus kartları

Bonus kartları adətən ticarət və xidmət sahəsində tətbiq edilir. Malların və ya xidmətlərin alınması vaxtı kart sahiblərinə müəyyən ballar (bonuslar) əlavə edilir, sonradan bu ballar müxtəlif mallara dəyişilə və ya malın və ya xidmətin dəyərinin ödənişi vaxtı endirim kimi istifadə oluna bilərlər. Belə kartlarda adətən maqnit lenti və ya cizgi-kod yerləşdirilir.

Eyniləşdirmə kartları

Klub üzvü, müəssisənin işçisi və s. kimi insanın şəxsiyyətini təsdiqləyən sənəd funksiyalarını yerinə yetirən plastik kartlar eyniləşdirmə kartları adlanır. Eyniləşdirmə kartları şəklində həmçinin müxtəlif növdə güzəştlərin və ya tibbi xidmətin alınması hüququnu təsdiqləyən vəsiqələr və s. hazırlana bilər.

Öncədən ödənmə kartları

Öncədən ödənmə kartları – kommersiya şirkətləri tərəfindən ticarət və xidmət şəbəkəsində hesablaşmalar üçün buraxılan və müştərilər tərəfindən bu növ kartların alınması vaxtı malların və ya xidmətlərin ilkin ödənişini nəzərdə tutan kartlara deyilir. Belə kartlar mobil telefonların satış qiyməti, İnternetə çıxış, taksofon ödənişi və s. ödənişlər üçün istifadə olunur. Bir qayda olaraq, belə kartlar silinməsi tələb olunan Scratch-off zolağın altında olan koda malikdir.

 

Plastik kartların fərdiləşdirməsi növləri

Embossing (naxışlama)

Embossing sonrakı boyanmanı (bir qayda olaraq, qızılı və ya gümüşü rəngə) nəzərə alan plastik kartın səthinə sıxma yolu ilə hərf-rəqəmli məlumatın çəkilməsidir. Fərdiləşdirmənin bu üsulu müxtəlif tip plastik kartların istehsalı vaxtı çox geniş istifadə olunur.

İmza üçün zolaq

İmza üçün zolaq kartın səthinə vurulmuş və yazıların həkk edilməsinə imkan verən xüsusi qatdır. Bir qayda olaraq, bu zolaq kartın arxa tərəfində düzbucaqlı zolaq şəklində ifa olunur (onun yerləşməsini və formasını dəyişdirmək olar). Zolağın əsas təyinatı kart üzərinə imza nümünəsinin və başqa əlavə məlumatın çəkilməsidir. Abunə panelləri, bir qayda olaraq, xüsusi ağ boya ilə çəkilir.

Cizgi-kod

Cizgi-kod cizgilər şəklində kart üzərinə çəkilən və xüsusi qurğuların köməyi ilə oxunan kodlaşdırılmış informasiyadır. Bir qayda olaraq, cizgi-kod eyniləşdirmə və diskont kartlarının istehsalı vaxtı istifadə olunur.

Scratch-off zolağı

Scratch-off zolağı qorunan informasiyanın (məsələn, PIN-kodun) üstündən plastik kartın səthinə çəkilən qeyri-şəffaf qoruyucu qatdır. Qorunan informasiyanın oxunması üçün scratch-off zolağı hər hansı bir əşya ilə silinir. Fərdiləşmənin belə üsulu əvvəlcədən ödəniş və lotereya kartlarının istehsalı vaxtı çox geniş istifadə olunur.

Maqnit zolağı

Maqnit zolağı kart üzərinə çəkilmiş maqnit məlumat daşıyıcısıdır. Maqnit zolağına məlumatın yazılması və onun sonradan oxunması xüsusi qurğuların köməyi ilə həyata keçirilir. Maqnit zolağı informasiyanın yazılması üçün üç xəttə malikdir. Hər xəttə rəqəmlər və hərflərdən ibarət sıra yazmaq olar (kartın nömrəsi, sahibinin soyadı, işlətmə müddəti və s.). Maqnit zolaqları aşağı-ersitiv (LoCo) və ya yüksək-ersitiv (HiCo) ola bilər. Yüksək-ersitiv maqnit zolağı aşağı-ersitiv maqnit zolağından yazılmış informasiyanın xarici maqnit sahələrinin təsirinə daha yüksək davamlılığı ilə fərqlənir.

Maqnit zolaqlı kartlar diskont, bank və eyniləşdirmə sistemlərində geniş istifadə olunur.

Sublimasiya çapı

Sublimasiya çapı plastik kartın səthinə mətn və ya qrafik informasiyanın çəkilməsidir. Bu əməliyyat sublimasiya printerinin köməyi ilə həyata keçirilir. Çap prosesi təsvirin rəngləyici lentdən termo-üsulla kart üzərinə keçirilməsindən ibarətdir.

Hazır orijinal-maketlərə tələblər

reqsQəbul edilən faylların formatları

Hazır maketlər və yerləşdirmə (vyorstka) proqram paketlərinin aşağıdakı fayl formatlarında qəbul edilir:

  • Adobe Acrobat (*.pdf)
  • Adobe Illustrator (*.ai, *.eps)
  • Corel DRAW (*.cdr)
  • (qatlarsız) (*.tif) Tiff-i

 

Ölçülər və əlavə doldurmalar

  • Orijinal-maketin səhifələrinin ölçüləri məmulatın qırağı kəsik ölçüsünə dəqiq uyğun olmalıdır.
  • Kəsilən məmulatların orijinal-maketlərində aydın göstərilmiş kontur olmalıdır.
  • Yönəldici xətlər qırağı kəsilən formatın göstəricisi deyillər.
  • Səhifədə yerləşdirilmiş maket əlavə doldurmalara (bleed) malik olmalıdır - qırağı kəsilən format üçün obyektlərin, şəkillərin və fonların davamı.
  • Vərəq məmulatlarında və məmulatların sıxma ilə bağlanması vaxtı əlavə dldurmalar ən azı 3 millimetr, yapışqanla bağlanma və kəsilmə vaxtı 5 millimetr təşkil etməlidir.
  • Maketin bütün əhəmiyyətli informativ elementləri (mətn, tərtibatın qrafik elementləri, fotoşəkillər), əgər onlar kəsilməyə getmirsə, bir dizaynın elementləri kimi kəsilmə xəttindən ən azı 3-5 millimetr aralı yerləşməlidir.

 

Rəng

Bütün tamrəngli təsvirlər CMYK rəng palitrasında, ağ-qara — Grayscale palitrasında yerinə yetirilmiş olmalıdır. Pantone Process Systems və Pantone Matching Systems palitralarına aid rənglərinin tətbiqi mətbəəmizin əməkdaşları ilə məsləhətləşmədən sonra mümkündür.

  • İstehsala SMYK-dan fərqli (xüsusilə, RGB və Custom palitralarından istifadə olunan) nəşrlər istehsala qəbul edilmir.
  • Qara rəngli böyük təsvirlərdə qarışıq tərkibli qara rəngdən istifadə edin: C60/M60/Y40/K100.
  • Fayla çap vaxtı istifadə olunmayacaq rənglər daxil olmamalıdır.
  • Rəngin (C+M+Y+K) ümumi sıxlığı təbahşirlənməmiş kağızda 280%, təbahşirlənmiş kağızda 340%-dən artıq olmamalıdır.

 

Texnologiya tələbləri

  • Atributlarının maketlərində Overprint-dən istifadə olunmamalıdır. Sifarişçi bu haqda orijinal-maketin təhvili zamanı mətbəə menecerini xəbərdar etməidir.
  • Nəşr olunacaq faylda 0.25 pt-dən (0,1mm) nazik xətlərdən və ya Hairline-dən istifadə etməyin. 0.5 pt-a qədər xətləri və qara mətni bir rəngli edin.
  • Xəttin minimal qalınlığı və 2 rəngdə artıq ifa olunan çevrilmə şriftinin ölçüsü mətbəəmizin texnoloqu və ya ÇƏH (çapdan əvvəl hazırlıq) əməkdaşlarıyla razılaşdırılır.
  • Fraqmentar lakından istifadə vaxtı, konqreva, möhürləmələr texnologiya tələblərini mütləq dəqiqləşdirin.

 

Raster qrafikası

Nəşrə yerləşdirilmiş və ya nəşrlə bağlı təqdim edilmiş raster qrafikası aşağıdakı şərtlərə cavab verməlidir:

  • Tiff CMYK (tamrəngli çap): Tiff Grayscale (qeyri-tamrəngli çap); Tiff bitmap (qeyri-tamrəngli çap).
  • Nəşrdə OLE-obyekt kimi təqdim edilmiş qrafikanı yerləşdirməyin.
  • Nəşrdə 400 dpi-dən artıq icazəli raster qrafikasından istifadə etməyin.

 

Şriftlər

Nəşrdə istifadə edilmiş bütün şriftlər vektor qrafikası kimi təqdim edilmiş olmalıdır (əyrilərə çevrilməlidir). Böyük həcmli mətnlərin yerləşdirməsi vaxtı şriftlər nəşr faylına əlavə edilməlidir.

Bir neçə rəngdən ibarət olan təsvirlərdə 6 pt-dən kiçik “çevrilmə” şriftlərdən çəkinin.

Yalnız o şriftləri gətirin, hansılar ki, Sizin nəşrinizin hazırlıanması vaxtı istifadə edilmişdir.

Yerləşdirmə vaxtı sistem şriftlərindən istifadə etməyin (Windows qurulması prosesində sistemə daxil olunan şriftlər).

 

Maketlərdə istifadə edilən effektlər və plaqinlər

Qrafik dizayn üçün müasir proqramlar maketlərin yaradılması üçün geniş imkanlar yaradır. Proqram məhsuluna daxil vasitələrin bütün arsenalından istifadə etməməyə çalışın. Harada bu mümkündür, daha sadə vasitələrlə və alətlərlə keçinməyə çalışın. Həddindən artıq mürəkkəb nəşr adətən rəngayırma vaxtı problemlərə səbəb olur.

Corel Draw və Adobe Illustrator paketlərində hazırlanmış nəşrdə Power Clip effektinin mövcudluğuna yol verilir.

Bütün qalan effektlər SMYK-bitmap 300 dpi-yə konvertə edilməlidir.

 

Başqa tələblər və arzular

  • Faylların adlarında yalnız latın hərflərindən istifadə etmək lazımdır.
  • Faylda və son məmulatda səhifələrin sırası eyni olmalıdır.
  • Qrafik paketlər arasında faylları mümkün qədər az ixrac etməyə çalışın.

Maketin və ya nəşrin çap üçün hazırlığı ÇƏH bölməsinin əməkdaşları tərəfindən sifarişin qəbulu vaxtı təyin edilir.

Yuxarıda göstərilən tələblərə riayət edilməməsi və ya sifarişçinin maketi tamamlamaqdan imtina etməsi halında mətbəə hazır poliqrafiya məhsulunun keyfiyyəti üçün məsuliyyət daşımır və sifariş işə qəbul edilməyə bilər.