Poliqrafiya işləri,Poliqrafiya isleri,Çap xidmətləri,cap xidmetleri
Poliqrafiya Xidmətləri

Divar və Masaüstü Təqvimlər

Stolüstü təqvimlər yığcam və rahatdır, daima əlinizin altındadır. Hazır təqvimin formatı 180x155 mm, blokun formatı 180x120 mm, sərilmiş halda olan altlığın formatı 390x180 mm, blok üçün - 150 q/m2 ölçülü kağız, altlıq üçün - 270 q/m2 ölçülü bir tərəfli təbaşirli kəğız karton. Tamrəngli çap.


Bir Sarmalı Rüblük Təqvimlər

Bir sarımalı rüblük təqvim tamrəngli şapkadan və aşağı reklam sahəsindən ibarətdir. Şapkanın ölçüləri 297x210 mm, çap 4+0, 255 q/m2 ölçülü birtərəfli melli kartonu, "pikkolo" halqası. Təqvimin standart bloku kursor və altlığa malik olan 12 vərəqdən ibarətdir. Çap 3+0, 90 q/m2 ölçülü melli kağız.


Cib Teqvimləri

Cib təqviminin üz tərəfində istənilən görünüşdən istifadə edilə bilər: Sizin slaydınız, fotoşəkliniz, rastr təsviriniz və s. Sizin loqotipiniz və xidmətlər haqqında məlumatınız, ünvan və telefon nömrəniz cib təqviminin üzündə və ya təqvim torunun olduğu tərəfdə yerləşdirilə bilər.


Açıqçalar,Dəvətnamələr

Açıqçalar və dəvətnamələr əsasən Özəl,bayram və əlamətdar istifadə olunur.Bunun üçün özəl günə eksklyuziv olaraq hazırlanmış bayram zərfləri, dəvətnamə və açıqçalar yaxşı əhval-ruhiyyə yaradacaq və sizi xatırladacaq, gözəl dəvətnamələr isə bayram ovqatı bəxş edəcək.


Bukletlər

Mətbəəmiz çap məhsullarının digər növləri ilə yanaşı tamrəngli bukletlər də hazırlayır. Reklam poliqrafiyasının bir növü kimi bukletlər kitabçalar və vərəqələr arasında orta mövqe tutur. Kitabça kimi ətraflı məlumata malik olmayan buklet daha yığcamdır və eyni zamanda adi reklam vərəqəsindən daha görkəmli və daha artıq məlumata malikdir.


Vərəqlər

Vərəqələr reklam məhsullarının ən sadə və az xərc tələb edən növlərindən biridir. Vərəqələr müxtəlif təqdimetmə mərasimlərinin, hərracların, şəhərin küçələrində reklam aksiyalarının keçirilməsi zamanı olduqca əlverişli və öz təsirinə görə çox effektivdir. Vərəqədə minimum informasiya mövcuddur - bu adətən şirkətin loqotipi, istehlakçının nəzərinə çatdırılmalı olan qrafik və mətni informasiya, həmçinin əlaqə informasiyasıdır.


Kitabçalar və Jurnallar

Bizim firma kitabça və jurnalların çapı, onları çapdan sonrakı emalı ilə məşğuldur. Kitabça və kataloqlar çoxsəhifəli çap məhsullarının ən çox yayılmış növüdür. Kitabçalar böyük miqdarda çap informasiyasının yerləşdirilməsi, təqdimetmə və reklam məqsədləri ilə istifadə üçün olduqca ən çox çox istifadə olunan və ən unikal üsullardan biridir.


Blanklar

İş yerinizdə olan gündılik məlumatların qeydiyyatı üçün ən yaxşı vasitə xüsusi blankların hazırlanmasıdır.Blanklar müştərinin istəyinə uyğun ölçüdə və muştərinin istəyinə uyğun dzaynda hazırlanır.Blankar dizayn olunarkən blanklarda təyin etdiyiniz hissələrdə loqotip və əlaqə vasitələri yerləşdirilir və cadvəllər qurulur.Blanklar rəngli və rəngsiz olaraq 2 hissəyə bolunur.


© 2019 Copyright: NurArt